• Bakı 15° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Nazirlər Milli Məclisə toplaşırlar 

SİYASƏT

02 Noyabr 2026 | 09:27 | Müəllif: Günəş Mərd

Nazirlər Milli Məclisə toplaşırlar

2027-ci ilin dövlət büdcəsi zərfi Milli Məclisdə müzakirəyə çıxarılır.

Bakıvaxtı.az Oxu.Az-ın əldə etdiyi məlumata görə, büdcə zərfinə daxil olan sənədlər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 5-də keçiriləcək iclasında müzakirə olunacaq.

Müzakirələrdə maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər qurumların əməkdaşlarının iştirak edəcəyi gözlənilir.

Bundan əlavə, Milli Məclisin digər müvafiq komitələrinin iclaslarında da hökumət rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri son proqnozlara əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR