• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Gürcüstanın keçmiş Baş nazirinin məhkəməsi başlayır

DÜNYA

02 Noyabr 2026 | 11:21 | Müəllif: Zeynəb Rzayeva

Gürcüstanın keçmiş Baş nazirinin məhkəməsi başlayır

Tbilisi Şəhər Məhkəməsi bu gündən korrupsiya ilə əlaqəli cinayətlərdə ittiham olunan Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin işinə mahiyyəti üzrə baxmağa başlayır.

    Bakıvaxtı.az xəbər verir ki, sabiq hökumət başçısı məhkəmə iclasında iştirak edəcək.

    İclasda tərəflərin çıxışları gözlənilir.

    Qeyd edək ki, İrakli Qaribaşviliyə qarşı irəli sürülmüş ittihama görə 11 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

    Xatırladaq ki, sabiq Baş nazir bu ilin yanvarında xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılmasına görə məhkum edilib. O, təqsirinin etiraf edilməsi barədə prosesual razılaşma əsasında 5 il müddətinə azadlıqdan məhrum edilib və 1 milyon lari məbləğində cərimə ödəyib./apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026