Rusiyanın Kurilsk şəhərində zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar noyabrın 2-də yerli vaxtla saat 13:45-də qeydə alınıb. Zəlzələnin maqnitudası 4,6 olub. Seysmoloqlar bu gücdə zəlzələləri hissolunan və episentr ətrafında cüzi dağıntılara səbəb ola bilən yeraltı təkanlar kimi qiymətləndirirlər.
Zəlzələnin episentri təxminən 1 600 nəfərin yaşadığı Kurilsk şəhərindən 202 kilometr şimal-şərqdə yerləşib. Ocaq 10 kilometr dərinlikdə qeydə alınıb.
Regionda zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
















