• Bakı 15° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Kripto bazarında sıçrayış: Bitkoin yenidən BAHALAŞDI

İQTİSADİYYAT

02 Noyabr 2026 | 08:46 | Müəllif: Qalib İbrahimoğlu

Kripto bazarında sıçrayış: Bitkoin yenidən BAHALAŞDI

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyəti bahalaşıb. “Bitcoin”in qiyməti yenidən 78,5 min dolları ötüb.

Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 1,17% bahalaşaraq 78 530,34 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 1,64%, son 30 gündə isə 7,22% azalıb.

    “Ethereum” 1,88% bahalaşaraq 2 305,35 dollara, BNB 1,54% artaraq 713,09 dollara çatıb. “Zcash” 3,17% yüksələrək 1 279,72 dollar, “Quant” isə 0,34% bahalaşaraq 200,47 dollar təşkil edib.

    Bununla yanaşı, “Monero” 0,42% ucuzlaşaraq 601,46 dollara, “Bitcoin Cash” 0,41% azalaraq 285,36 dollara, “Bittensor” isə 0,59% geriləyərək 233,38 dollara enib.

    Qızıl əsaslı kriptovalyutalarda da bahalaşma qeydə alınıb. “PAX Gold” (PAXG) 0,48% artaraq 3 912,64 dollara, “Tether Gold” (XAUT) isə 0,66% yüksələrək 3 897,34 dollara çatıb.

    “CoinMarketCap 20” indeksi son 24 saatda 1,38% artaraq 159,68 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,58 trln. dollara yaxınlaşıb.

    Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı yüksəliş əvvəlki günlərdə müşahidə olunan ucuzlaşmadan sonra alışların artması və qiymətlərin qismən bərpası ilə əlaqəli ola bilər. Bununla belə, əsas kriptovalyutaların aylıq göstəricilərinin mənfi qalması bazarda satış təzyiqinin tam aradan qalxmadığını göstərir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    02 Noyabr 2026