• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"İndicə yerə çırpılacağıq!" - ABŞ-də təyyarə qəzası: 9 ölü - ANBAAN

DÜNYA

02 Noyabr 2026 | 10:01 | Müəllif: Günəş Mərd

"İndicə yerə çırpılacağıq!" - ABŞ-də təyyarə qəzası: 9 ölü - ANBAAN

ABŞ-nin Florida ştatında “Learjet 60” özəl biznes təyyarəsi qəzaya uğrayıb. 

Bakıvaxtı.az “Associated Press”ə istinadən xəbər verir ki, Qrineykers şəhəri ərazisində yerə çırpılan təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı həlak olub. 

Texasda yerləşən Ostin-Berqstrom beynəlxalq hava limanından havaya qalxan təyyarənin Baham adalarına uçduğu bildirilir. Məlumata görə, təyyarə yerə çırpıldıqdan sonra güclü yanğın baş verib. 

Hadisənin hansı şəraitdə baş verdiyi və səbəbi araşdırılır. T

Təyyarənin qadın pilotu qəzadan saniyələr öncə dispetçerlə əlaqə yaradaraq hündürlüyün kəskin şəkildə azaldığını bildirib.

"New York Post" nəşri pilotun son sözlərini belə təqdim edib:

"Dəqiqədə 8 min fut enirik, "meydey", "meydey", 10 min fut aşağı düşürük, sürətimiz artır, dəqiqədə 20 min fut eniş edirik".

Daha sonra o, fəryad edərək son olaraq bu sözləri qışqırıb:

"Biz indicə yerə çırpılacağıq! Lənət olsun, artıq vaxtımız qalmadı!"


"İndicə yerə çırpılacağıq!" - ABŞ-də təyyarə qəzası: 9 ölü - ANBAAN
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026