• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Zelenskidən Putinə təklif: Türkiyədə görüşək

DÜNYA

01 Noyabr 2026 | 22:23 | Müəllif: Əli Hüseynov

Zelenskidən Putinə təklif: Türkiyədə görüşək

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə Türkiyədə görüşməyi təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə CNN Türk telekanalına müsahibəsi zamanı danışıb.

Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın putinlə danışıqların təşkilinə kömək edəcəyinə ümid etdiyini deyib.

Ukrayna liderinin sözlərinə görə, nümayəndə heyətləri və texniki qruplar bütün məsələləri həll edə bilmədiyi üçün bəzi problemlər yalnız dövlət başçıları səviyyəsində müzakirə oluna bilər.

“Buna görə də mən onunla qərar qəbul edən şəxs kimi görüşmək istəyirəm”, – Zelenski bildirib.

Qeyd edək ki, bundan əvvəl Kremlin rəhbərinin köməkçisi Yuri Uşakov Zelenskinin danışıqlar üçün Moskvaya gələ biləcəyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026