“Ermənistan-Azərbaycan münasibətlərində artıq münaqişə gündəmi olmayacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 2027-ci ilin dövlət büdcəsi layihəsinin ilkin müzakirələri zamanı deyib.
“Ən azı, biz gündəliyi belə başa düşmüşük. Müxalifət nümayəndələrinin qaldırdığı məsələ də bundan ibarət olub. Əgər onlar bunu belə ifadə etməyiblərsə və ya hansısa düzəlişə ehtiyac olduğunu düşünürlərsə, biz bu məsələni müəlliflərdən kənar formalaşdırılmış, amma çox mühüm və legitim ifadə kimi qiymətləndiririk”, - baş nazir vurğulayıb.
Onun sözlərinə görə, əgər parlament müxalifətinin mövqeyinin yeni Konstitusiyanın qəbul edilməsi prosesini dayandırdığı və müxalifətin buna qarşı çıxdığı məlum olarsa, bu, müxalifətin Azərbaycanla yekun sülhün əleyhinə çıxması demək olacaq:
“Belə olan halda müxalifətə qarşı birmənalı şəkildə ictimai təzyiq formalaşacaq. Əgər cəmiyyətdə belə bir əhval-ruhiyyə yaranarsa, hakim çoxluq bu təzyiqə rəhbərlik etməlidir”.
Paşinyan qeyd edib ki, qarşıdakı dövrdə onların səyləri bu suallara cavab tapmağa yönələcək:
“Bizim siyasi mövqeyimiz həmişə belə olub ki, daxili gündəmimizlə bağlı məsələləri xarici müstəvidə və onun hüdudlarından kənarda müzakirə etmirik. Amma Ermənistanda qaldırılan və xüsusi vurğulanan məsələləri də nəzərə alaraq, bu, fəal şəkildə məşğul olmalı olduğumuz mövzulardan biridir”.
















