Fars körfəzində, Səudiyyə Ərəbistanının şimal-şərq sahillərində bir tankerə iki naməlum sursatla zərbə endirilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat yayıb.
Qurumun açıqlamasına görə, hadisə Ras əl-Xəfcidən 72 dəniz mili şimal-şərqdə baş verib. Mərmilərin gəminin liman tərəfinə dəydiyi, lakin ölən və ya yaralananın olmadığını qeyd edən UKMTO, ərazidən keçən digər gəmiləri ehtiyatlı olmağa çağırıb. Hücuma məruz qalan gəminin adı və bayrağı hələlik açıqlanmayıb. Xatırladaq ki, qurum həmçinin dünən axşam Hörmüz boğazında da naməlum bir cismin başqa bir gəmiyə dəydiyini bildirib.
Zeynəb Rzayeva















