• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan

SİYASƏT

08 Noyabr 2026 | 21:10 | Müəllif: Gülşən Şərif

Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan

“Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.

O qeyd edib ki, 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə qardaşlığını zəiflətmək istəyənlər heç vaxt məqsədlərinə çata bilməyəcəklər.

“Cənab-ı Haqqın izni ilə birliyimiz daim sarsılmaz olacaq”, – deyə Ərdoğan vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026