• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Fənərbaxça” səfərdə 5 qolla qalib gəldi

İDMAN

08 Noyabr 2026 | 20:34 | Müəllif: Gülşən Şərif

“Fənərbaxça” səfərdə 5 qolla qalib gəldi

Türkiyə Super Liqasında XI turun növbəti oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Fənərbaxça” səfərdə “Çorum”un qonağı olub.

İstanbul təmsilçisi rəqibini 5:0 hesabı ilə məğlub edərək iki oyunluq qələbəsizlik seriyasına son qoyub. Qonaqların heyətində Meyson Qrinvud (12, 63) və İrfan Can Kahveci (21, 56) dubla imza atıblar. Digər qolu isə 74-cü dəqiqədə Oğuz Aydın vurub.

Bu nəticədən sonra xallarını 19-a çatdıran “Fənərbaxça” bir oyun artıq keçirməklə 5-ci pilləyə yüksəlib. 16 xalı olan “Çorum” isə 9-cu sırada qalıb.

Qeyd edək ki, növbəti turda “Fənərbaxça” səfərdə “Kocaelispor”la, “Çorum” isə “Başakşəhər”lə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR