• Bakı 10° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bolqarıstan: Səsvermə başa çatdı

DÜNYA

01 Noyabr 2026 | 23:01 | Müəllif: Əli Hüseynov

Bolqarıstan: Səsvermə başa çatdı

Bolqarıstanda prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) seçki məntəqələri bağlanıb.

Exit-poll nəticələrinə əsasən, hazırkı prezident İliyana Yotova rəqibi üzərində qələbə qazanır.

Bolqarıstan Milli Televiziyasının efirində açıqlanan ilkin nəticələrə görə, seçicilərin təxminən 51 faizi Yotovaya səs verib. Onun rəqibi, müxalifətin dəstəklədiyi keçmiş müvəqqəti hökumət başçısı Andrey Gürovu isə seçicilərin 44,6 faizi dəstəkləyib.

Seçkilərdə seçici fəallığı təxminən 26,8 faiz təşkil edib.

Qeyd edək ki, açıqlanan göstəricilər exit-poll nəticələridir. Seçkilərin yekun nəticələri hələ müəyyənləşdirilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR