• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan Avropa çempionatına 40 şahmatçı ilə qatılacaq

CƏMİYYƏT

02 Noyabr 2026 | 11:25 | Müəllif: Zeynəb Rzayeva

Azərbaycan Avropa çempionatına 40 şahmatçı ilə qatılacaq

Yunanıstanda yeniyetmə şahmatçılar arasında Avropa çempionatı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, noyabrın 3-də İraklion şəhərində start götürəcək qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək.

Komandamızın heyətində yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş mükafatçısı Mehriban Əhmədli və son qitə birinciliyinin bürünc medalçısı Məryəm Ağaverdiyeva da yer alıb.

Ümumilikdə 49 ölkədən 1250 şahmatçı altı yaş kateqoriyası üzrə medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində komandanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov da yer alıb. Nümayəndə heyətinə Raul Quliyev rəhbərlik edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026