• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski zəng etsə, Putin cavab verəcək - Kremldən AÇIQLAMA

DÜNYA

02 Noyabr 2026 | 09:51 | Müəllif: Zeynəb Rzayeva

Zelenski zəng etsə, Putin cavab verəcək - Kremldən AÇIQLAMA

Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Ukrayna Prezidenti Volodimir Zelenskinin zəng edəcəyi təqdirdə Rusiyanın dövlət başçısı Vladimir Putinin dəstəyi qaldıracağını bildirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Uşakov BAE-nin başkenti Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarda Avropa nümayəndələrinin iştirakı ehtimalını şərh edərkən amerikalılarla işçi səviyyəsində təmasların olduğunu xatırladıb: "Bu səbəbdən danışıqların ilk raundlarının üçtərəfli formatda keçirilməsi məntiqə uyğundur".

Kreml rəsmisi Zelenskinin Moskvada Putinlə görüşə biləcəyini də qeyd edərək onun müxtəlif kanallar vasitəsilə siqnallar göndərdiyini diqqətə çatdırıb. Uşakov "Zelenski zəng etsə, Putin telefonu açarmı?" sualına isə belə cavab verib: "Düşünürəm ki, açar. Putin heç vaxt danışıqlardan imtina etməyib".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026