• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa Komissiyası Tusku dəstəkləyir

SİYASƏT

01 Noyabr 2026 | 19:09 | Müəllif: Əli Hüseynov

Avropa Komissiyası Tusku dəstəkləyir

Avropa Komissiyası Polşada siyasi böhran fonunda Baş nazir Donald Tuskun mövqeyini dəstəkləyib.

Bakıvaxtı.az xəbər verir ki, Avropa Komissiyasının demokratiya, ədliyyə, qanunun aliliyi və istehlakçıların müdafiəsi məsələləri üzrə komissarı Maykl Makqrat “Politico” nəşrinə açıqlamasında Polşa Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin edilməsinin Seymin səlahiyyətində olmalı olduğunu bildirib.

Onun bu açıqlaması Brüsselin Polşa Prezidentinin hakim təyinatı ilə bağlı səlahiyyətlərini dəstəkləmədiyi kimi qiymətləndirilib. Makqrat mövqeyini Avropa İttifaqı Ədalət Məhkəməsinin qərarları və Avropa Şurasının Venesiya Komissiyasının rəyi ilə əsaslandırıb.

Avropa Komissiyası isə “Politico”ya açıqlamasında Polşadakı vəziyyəti diqqətlə izlədiyini bildirib. Nəşrin qənaətinə görə, qurumun bəyanatı faktiki olaraq Donald Tuskun mövqeyinə dəstək xarakteri daşıyır.

Qeyd edək ki, oktyabrın 30-da Polşada siyasi böhran kəskinləşsə də, Avropa Komissiyası əvvəlcə hadisələrlə bağlı konkret mövqe bildirməkdən çəkinmişdi. Qurum bunu Aİ-yə üzv dövlətlərin daxili siyasi proseslərinə müdaxilə etməmək təcrübəsi ilə izah etmişdi.

Böhrana Tusk hökumətinin Matey Berekini Konstitusiya Məhkəməsinə hakim təyin etmək qərarı səbəb olub. Son həftələrdə məhkəmənin binası qarşısında etiraz aksiyaları keçirilib. Müxalifət nümayəndələrinin bir qismi hökumətin addımlarını dövlət çevrilişinə cəhd kimi qiymətləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026