• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Sudanda enerji obyektlərinə dronlarla hücum edilib

DÜNYA

01 Noyabr 2026 | 15:15 | Müəllif: Gülşən Şərif

Sudanda enerji obyektlərinə dronlarla hücum edilib

Çevik Reaksiya Qüvvələri Sudanın şərqindəki Haya şəhərində elektrik yarımstansiyasına və neft nasos stansiyasına dronlarla hücum edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Sudan Tribune" yerli mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, bir gün əvvəl baş verən hücumlar nəticəsində elektrik obyektlərinə ziyan dəyib və yanğın başlayıb.

Neft obyektinin Cənubi Sudandan Qırmızı dəniz sahilindəki (ölkənin şərqində) Başayer limanına xam neft nəql edən boru kəmərinin bir hissəsi olduğu bildirilir. Bundan əlavə, tikintisi son mərhələdə olan Haya elektrik yarımstansiyasına dron zərbəsi endirilib. Obyekt Port-Sudanın enerji təchizatını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdu.

Bu, son üç gündə Hayadakı enerji infrastrukturunun hədəfə alındığı ikinci haldır.

Bundan əvvəl Qedaref, Xartum, Əl-Qəzira, Qırmızı dəniz, Sennar, Ağ Nil və Cənubi Kordofan ştatlarında 13 elektrik paylama stansiyası ciddi ziyan görüb və bu da genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR