• Bakı 13° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Zəfər Günü bulvarda konsert olacaq

CƏMİYYƏT

31 Oktyabr 2026 | 16:47 | Müəllif: Subhan Mahmudov

Zəfər Günü bulvarda konsert olacaq

Noyabrın 8-də Zəfər Günü münasibətilə bayram konserti keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ​Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq konsert Bakıda Dənizkənarı Milli Parkda, Saat gülləsinin yanında olacaq.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər və rəqs kollektivləri iştirak edəcəklər.

Gecəyə atəşfəşanlıqla yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026