Hindistanın dağlıq ərazisində helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan 6 nəfərin hamısı həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Uttarakhand ştatında baş verib.
Məlumata görə, helikopter Badrinatx şəhərindən Dehraduna uçuş həyata keçirirmiş.
Coşimat vadisi üzərində uçarkən hava gəmisi dispetçer mərkəzi ilə əlaqəni itirib və daha sonra onun yerini müəyyənləşdirməyə imkan verən məlumatların ötürülməsi dayanıb.
Helikopterin qalıqları Çamoli rayonunda aşkarlanıb.
Qəza nəticəsində pilot da daxil olmaqla, göyərtədəki 6 nəfərin hamısı ölüb.
Helikopter qəzası: 6 nəfər həlak oldu
DÜNYA
31 Oktyabr 2026 | 20:09 | Müəllif: Zeynəb Rzayeva

SON XƏBƏRLƏR
02 Noyabr 2026
17:32















