• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışı etdilər - FOTOLAR

SİYASƏT

30 Oktyabr 2026 | 18:47 | Müəllif: Subhan Mahmudov

Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışı etdilər - FOTOLAR

Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, PASHA Real Estate Group tərəfindən inşa edilmiş 5 ulduzlu "ART Riverfront Hotel Tbilisi"nin açılışında iştirak ediblər.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.

Hoteldə müxtəlif kateqoriyalara aid 152 otel otağı və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir.

"ART Riverfront Hotel Tbilisi" PASHA Real Estate Group-un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.


Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışı etdilər - FOTOLARƏli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışı etdilər - FOTOLARƏli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışı etdilər - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026