• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kapadokiyadakı uçqunda ər-arvad həlak olub - Yenicə evlənibmişlər

SİYASƏT

30 Oktyabr 2026 | 14:02 | Müəllif: Əli Hüseynov

Kapadokiyadakı uçqunda ər-arvad həlak olub - Yenicə evlənibmişlər

Xəbər verdiyimiz kimi, ötən gün Nevşehirin Kapadokiya bölgəsində yerləşən Göreme Açıq Hava Muzeyinin girişində “Pəri bacası”nın uçması nəticəsində 3 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, onlardan ikisi türkiyəli, digəri isə Fransa vətəndaşıdır.

Uçqun zamanı ölən jurnalist 31 yaşlı Fatih Eray Tuna və Begüm Çetinkaya Tuna evli olublar. Bildirilir ki, cütlük istirahət məqsədilə “Pəri bacası”na gedib. Onlar bu ilin iyul ayında ailə həyatı qurubmuşlar.

Qeyd edək ki, hadisə nəticəsində 3 fransız və 2 türkəsilli şəxs xəsarət alıb. Onların müalicəsi xəstəxanada davam etdirilir.

 



Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026