• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Milan" onunla yeni müqavilə imzaladı

İDMAN

30 Oktyabr 2026 | 23:58 | Müəllif: Subhan Mahmudov

"Milan" onunla yeni müqavilə imzaladı

"Milan" futbolçusu, ABŞ millisinin üzvü Kristian Pulişiçlə yeni müqavilə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Yeni sözləşməyə əsasən, 28 yaşlı futbolçu 2031-ci ilin yayına qədər A seriyası təmsilçisinin formasını geyinəcək.

Pulişiç cari mövsüm A Seriyasında 6 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. O, Avropa Liqasında da 2 matçda iştirak edib.

Qeyd edək ki, amerikalı hücumçu 2023-cü ildən “Milan”da çıxış edir. O, İtaliya klubu ilə İtaliya Superkubokunun qalibi olub. Pulişiç daha əvvəl Dortmund “Borussiya”sı və “Çelsi”də oynayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026