• Bakı 16° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

FIFA U-15-də yeni qaliblər

İDMAN

30 Oktyabr 2026 | 15:48 | Müəllif: Günəş Mərd

FIFA U-15-də yeni qaliblər

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının E və F yolunun qalibləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, F yolunun finalında Yeni Zelandiya və Efiopiya komandaları üz-üzə gəliblər. Qarşılaşma Yeni Zelandiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Yeni Zelandiya 161-ci yer uğrunda mübarizədə qalib olub.

E səviyyəsinin finalında isə Mərkəzi Afrika Respublikası Banqladeşlə qarşılaşıb. Bu görüşdə Mərkəzi Afrika Respublikası rəqibini məğlub edərək divizionun qalibi adını qazanıb.

Qeyd edək ki, turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR