• Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Naxçıvanın dotasiyası da azaldılır

İQTİSADİYYAT

04 Noyabr 2026 | 11:55 | Müəllif: Əli Hüseynov

Naxçıvanın dotasiyası da azaldılır

“Növbəti il dövlət büdcəsində regionların büdcədən asılılığı daha da azalıb və rayonların dotasiyadan asılılığı tam olaraq aradan qaldırılıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Naxçıvanın dotasiyası da cari ilə müqayisədə 13,6 milyon manat və ya 6,4% azalacaq. Bu da onun hesabınadır ki, Naxçıvanın öz yerli gəlirləri artır və artıq daha böyük hissə məhz Naxçıvanın yerli gəlirləri hesabına təmin ediləcək”, - deyə nazir qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026