• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ-də TARİXİ HADİSƏ: Senata ilk dəfə müsəlman SEÇİLİR

DÜNYA

04 Noyabr 2026 | 11:43 | Müəllif: Əli Hüseynov

ABŞ-də TARİXİ HADİSƏ: Senata ilk dəfə müsəlman SEÇİLİR

Demokratlar Partiyasının nümayəndəsi Əbdül Əl-Sayed Miçiqan ştatında keçirilən seçkilərdə qələbə qazandığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, nəticələr rəsmi təsdiqini taparsa, o, ABŞ Senatının tarixində ilk müsəlman senator olacaq.

Bülletenlərin 79%-i hesablandıqdan sonra Əl-Sayed rəqibi, respublikaçı Mayk Rocersi 5 faiz bəndi qabaqlayır.

Lakin yekun rəsmi nəticələr hələ elan olunmayıb.

Əbdül Əl-Sayedin namizədliyi Demokratlar Partiyası daxilində böyük qarşıdurmaya səbəb olub.

Solçu baxışları və İsraili kəskin tənqid etməsi partiyada narazılıq doğurub.

Hətta səsvermədən öncə praymerizdə Əl-Sayedə məğlub olan konqresmen Heyli Stivens gözlənilmədən respublikaçı rəqib Mayk Rocersi dəstəklədiyini bəyan edib.

Partiya daxilindəki böyük skandala və xəyanətə baxmayaraq, Əl-Sayed Senat uğrunda yarışda öndə getməyi bacarıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026