• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Bakıda yaşayış binasında YANĞIN - FOTO - YENİLƏNİB

HADİSƏ

04 Noyabr 2026 | 12:11 | Müəllif: Əli Hüseynov

Bakıda yaşayış binasında YANĞIN - FOTO - YENİLƏNİB

Bu gün saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonu ərazisindən yanğın səbəbilə çağırış qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

    Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın) yerində yardım olunub.

    ***

    11:23

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

      Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

      Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

      Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb.


      Bakıda yaşayış binasında YANĞIN - FOTO - YENİLƏNİBBakıda yaşayış binasında YANĞIN - FOTO - YENİLƏNİB
      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR