Fransanın Bezanson şəhərində silahlı şəxslər zərgərlik fabrikinin emalatxanasından 50 kq-a qədər qızıl oğurlayıb.
Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, hadisəni 5 nəfər törədib.
Cinayətkarlar soyğun zamanı tüfənglə silahlanıb və gülləkeçirməz jilet geyiniblər. Hadisə zamanı bir neçə dəfə atəş açaraq bir işçini yaralayıblar.
Polis soyğunçuların yandırılmış avtomobilini tapıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə həvalə edilib.
Gülşən Şərif
















