• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Babayev strateji valyuta ehtiyatlarından danışdı

SİYASƏT

04 Noyabr 2026 | 11:52 | Müəllif: Əli Hüseynov

Babayev strateji valyuta ehtiyatlarından danışdı

Strateji valyuta ehtiyatlarımız oktyabrın 1-nə 89,4 milyard dollara çatıb, bu da xarici dövlət borcunu 20 dəfə üstələyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.

“Biz artıq hər il Dövlət Neft Fondundan transferti azalmaq siyasəti həyata keçiririk. 2030-cu ilə qədər transferti 1,5 milyard dollar azaldaraq, 2030-cu ildə 5,5 milyard dollar transfert məbləğinə çatmağı hədəfləyirik. Neftdən asılılığı azaltmaq üçün sistemli iş aparırıq”, - deyə nazir qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026