Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Cəfər Xəndan küçəsində qeydə alınıb.
Belə ki, 60-AA-180 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil 77-ME-811 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobillə toqquşub.
Nəticədə "BMW" markalı avtomobil yoldan çıxaraq “Universal Hospital”a çırpılıb, klinikanın şüşələri sınıb.
Qəza nəticəsində xəsarət alanlar var. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Zeynəb Rzayeva





















