• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video

SİYASƏT

04 Noyabr 2026 | 11:31 | Müəllif: Əli Hüseynov

Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video

Turab Zeynalov adlı əslən azərbaycanlı olan Rusiya vətəndaşı bu yaxınlarda Ermənistanın paytaxtı İrəvana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı T.Zeynalov özünün “YouTube” kanalında paylaşıb.

Təəssüratlarını və səfərlə bağlı detalları lentə alan gənc videonun əvvəlində tanışları ilə İrəvana dostlarının toyu üçün yollandıqlarını, əslən Azərbaycandan olduğuna görə sərhəddən buraxılıb-buraxılmayacağına əmin olmadığını söyləyib.

Onun sözlərinə görə, sərhəddə bir neçə saat gözləməli olsa da, sonradan problemsiz ölkəyə buraxılıb: “Sərhəddə məni 3 saat saxladılar. Azərbaycanda sonuncu dəfə nə vaxt olduğuma dair sorğu-sual etdilər. Bir çoxu alınmayacağını deyirdi”.

Turab Zeynalov həmçinin İrəvanda gəzdiyini, şəhərin müəyyən mənada Bakıya bənzədiyini iddia edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026