• Bakı 15° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

“Beşiktaş” “Hapoel Beer-Şeva” ilə Gürcüstanda qarşılaşacaq

İDMAN

30 Oktyabr 2026 | 23:43 | Müəllif: Subhan Mahmudov

“Beşiktaş” “Hapoel Beer-Şeva” ilə Gürcüstanda qarşılaşacaq

Türkiyənin “Beşiktaş” futbol klubunun UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə keçirəcəyi qarşılaşmanın yeri dəqiqləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Beşiktaş” JK rəsmi məlumat yayıb.

Məlumata görə, mübarizə noyabrın 26-da Gürcüstanın Batumi şəhərində yerləşən “Batumi Stadium”da baş tutacaq. Qarşılaşma azarkeşlərin iştirakı üçün açıq olacaq.

Klubdan bildirilib ki, bilet satışı ilə bağlı təfərrüatlı məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR