• Bakı 14° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Hərbi xidmətə çağırış başa çatdı 

CƏMİYYƏT

30 Oktyabr 2026 | 14:25 | Müəllif: Qalib İbrahimoğlu

Hərbi xidmətə çağırış başa çatdı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Xidmətin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, müddətli həqiqi hərbi xidmətə yola düşən bütün çağırışçılara Vətən qarşısındakı borclarını layiqincə yerinə yetirmələri və xidmət müddətində uğurlar arzulayırlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Mərkəzi Çağırış Komissiyasında 15 dövlət qurumu təmsil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026