İtaliyada yaşayış xərclərinin yüksək olması, əmək haqqı və pensiyaların azalması və hərbi xərclərin artmasına etiraz olaraq ümumxalq tətili keçirilir.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, aksiya USB həmkarlar ittifaqının çağırışı ilə baş tutub.
Məlumata görə, əsas yürüşlər Roma və Milanda keçirilir. Etirazlarda dövlət və özəl sektor işçiləri, tələbələr, təqaüdçülər və qeyri-sabit işçilər iştirak edirlər. Həmkarlar ittifaqı yaşayış xərclərinin artması ilə əlaqədar daha yüksək əmək haqqı tələb edirlər.
Hakimiyyət orqanları xüsusən də Roma və Milanda təhlükəsizlik tədbirlərini gücləndirib.
Onun da qeyd edək ki, İtaliyanın 50-dən çox şəhərində nümayişlər və oturaq aksiyaların keçirilməsi planlaşdırılır.
Gülşən Şərif
















