• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Hizbullah" İsrailə meydan oxudu: Livandan çıxmasa...

DÜNYA

29 Oktyabr 2026 | 09:53 | Müəllif: Əli Hüseynov

"Hizbullah" İsrailə meydan oxudu: Livandan çıxmasa...

"Hizbullah" İsrailin Livanın cənubuna nəzarəti saxlamasına icazə verməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu xəbərdarlıqla "Hizbullah"ın baş katibi Şeyx Naim Qasım çıxış edib:

"İsraildə hansı hökumət hakimiyyətdə olursa-olsun, bilməlidir ki, qoşunlarını Livan ərazisindən çıxarmalı və işğala son qoymalıdır".

Onun sözlərinə görə, "Hizbullah" rəhbərliyinin yəhudi dövlətini kimin idarə etməsi vecinə deyil, çünki liderliyin dəyişməsi münaqişənin mahiyyətini dəyişmir: "Əgər onlar Livan torpağından çıxmasalar, gec-tez İslam müqaviməti onları buna məcbur edəcək".

Şeyx Qasım İsrail seçkilərinin nəticələrini "gələcək məğlubiyyətin göstəricilərindən biri" adlandırıb: "Səsvermənin nəticələri daxili qarışıqlığı, eləcə də İsrail daxilində dərin siyasi, iqtisadi və sosial böhranı nümayiş etdirir".

"Hizbullah" lideri həmçinin ABŞ-nin respublikanın daxili işlərinə müdaxiləsini onun suverenliyinin pozulması kimi qiymətləndirərək "Livanda Amerikanın qərar qəbuletmə üzərində hegemonluğuna" son qoyulmasını tələb edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026