• Bakı 14° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

“Hraparak”: Ermənistan Prezidentinin səhhəti son həftələrdə pisləşib

DÜNYA

29 Oktyabr 2026 | 10:51 | Müəllif: Əli Hüseynov

“Hraparak”: Ermənistan Prezidentinin səhhəti son həftələrdə pisləşib

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhəti son həftələrdə xeyli pisləşib.

Bakıvaxtı.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, Ermənistan Prezidenti 27 oktyabr terror aktının ildönümü ilə bağlı tədbirlərdə iştirak etməyib, o, həmçinin, Ermənistanda keçirilən COP-17 iqlim sammiti çərçivəsində bir sıra tədbirlərə qatılmayıb.

    Bundan əlavə, onun himayəsi altında “The Prince Talal International Prize for Human Development 2025” mərasimi keçirildi, lakin Xaçaturyan bu tədbirdə də iştirak etməyib.

    Eyni zamanda, dünən İspaniya Kraliçası və Səudiyyə Ərəbistanı şahzadəsindən təntənəli qəbulu zamanı da Ermənistan Prezidenti orada olmayıb.

    “Bizim məlumatlara görə, o, nadir hallarda öz iqamətgahında olur. Xaçaturyan uzun müddətdir xəstədir. İnsanlar onun görünüşündə dəyişikliklər görməyə başlayıblar”, - nəşr yazır.

    Qeyd edək ki, daha əvvəl mediada Ermənistan Prezidentinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi və ağciyərindən əməliyyat edildiyi barədə məlumatlar yayılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Oktyabr 2026