• Bakı 18° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

İki təyyarə toqquşdu: pilotlardan biri öldü

DÜNYA

29 Oktyabr 2026 | 09:47 | Müəllif: Əli Hüseynov

İki təyyarə toqquşdu: pilotlardan biri öldü

Uruqvayda təlim uçuşu zamanı iki təyyarə toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) bəyanatında bildirilib.

Hadisə cənubdakı Kanelones departamentinin Quasuvira kurort şəhəri ərazisində baş verib. İki kiçik təyyarə havada toqquşub.

Uruqvay HHQ-dən bildirilib ki, toqquşmadan sonra təyyarələrdən biri qəza enişi edib, digəri isə meşəlik əraziyə düşüb, nəticədə pilot həlak olub. Digər təyyarənin pilotu xəsarət almayıb.

"Həlak olan pilotun 58 yaşı var idi, o, istefada olan HHQ zabiti olub", - bəyanatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026