• Bakı 19° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Ərsin Tatar əməliyyat olundu

DÜNYA

29 Sentyabr 2026 | 09:24 | Müəllif: Qalib İbrahimoğlu

Ərsin Tatar əməliyyat olundu

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) 5-ci Prezidenti Ərsin Tatar təcili cərrahiyyə əməliyyatı olunub.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat İstanbulda keçirilib.

Qeyd edək kİ, Tatarın boyun və kürək nahiyəsində təxminən 4 il əvvəl aşkarlanmış yırtıq probleminin irəliləməsi və sağ qolundakı sinirləri sıxaraq qəfil gücsüzlüyə səbəb olub.

 “Uğurlu əməliyyatdan sonra sağlamlığım yaxşıdır və bir müddət fizioterapiya ilə məşğul olmağa davam edəcəyəm. Bu müddətdə məni müalicə edən dəyərli həkimlərimə və bütün səhiyyə işçilərinə, eləcə də zəng edərək, mesaj göndərərək və tez bir zamanda sağalmağı arzulayaraq mənə dəstək olan hər kəsə səmimi qəlbdən təşəkkür edirəm”, - deyə Ərsin Tatar bildirib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR