• Bakı 20° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

İran NPT-dən çıxmağı düşünür

DÜNYA

29 Sentyabr 2026 | 09:25 | Müəllif: Subhan Mahmudov

İran NPT-dən çıxmağı düşünür

Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmağı nəzərdən keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Parlamentinin sədr müavini Əli Nikzad deyib. 

"NPT-dən çıxma sənədinin layihəsi ən təcili şəkildə nəzərdən keçirilir. Parlamentə çatdıqdan sonra həmin gün baxılacaq", - "Fars" xəbər agentliyi onun sözlərini sitat gətirib

Nikzadın sözlərinə görə, "Parlament bu addımın beynəlxalq təsirlərini də araşdıracaq".

O əlavə edib ki, İran qanunvericiləri Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) və onun baş direktoru Rafael Qrossiyə etibar etmirlər.

Qanunverici MAQATE rəhbərini İranın nüvə obyektlərinə yalnız "səthi" səfərlər etməkdə və mənfi hesabatlar dərc etməkdə ittiham edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026