• Bakı 19° C

    2.29 m/s

Rusiya Ukraynada iki yaşayış məntəqəsini ƏLƏ KEÇİRDİ

DÜNYA

30 Avqust 2026 | 12:47 | Müəllif: Subhan Mahmudov

Rusiya Ukraynada iki yaşayış məntəqəsini ƏLƏ KEÇİRDİ

Rusiya Silahlı Qüvvələri Sumi vilayətində Velikiy Prikol və Sadki yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Nazirlik ilk dəfə Ukraynada davam edən müharibə zonasında Kanada istehsalı olan “Titan-S” zirehli avtomobilinin məhv edildiyini açıqlayıb. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin sutka ərzində Ukraynanın “Flaminqo” raketlərinin buraxılış mövqeyinə, yanacaq-energetika infrastrukturu obyektlərinə və logistika mərkəzlərinə zərbələr endirdiyi bildirilib.

Gecə saatlarında Kiyevdə asbest-sement məmulatları kombinatına zərbə endirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR