• Bakı 26° C

    13.38 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Rusiyanın ən böyük neft zavoduna ağır zərbə: Hərbi aerodrom da vuruldu

DÜNYA

30 Avqust 2026 | 10:46

Rusiyanın ən böyük neft zavoduna ağır zərbə: Hərbi aerodrom da vuruldu

Ukrayna ötən gecə Rusiyanın Leninqrad və Krasnodar vilayətlərinə kütləvi dron hücumu təşkil edib.

Bakıvaxtı.az bildirir ki, Leninqrad vilayətində "Kirişnefteorgsintez" neft emalı zavodunda hücum nəticəsində güclü yanğın başlayıb. "Kirişnefteorgsintez" Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Emal gücü illik 20 milyon ton neft təşkil edir.

Krasnodar vilayətində isə hücum hədəfi Yeysk aerodromu olub. Zərbələrdən sonra aerodrom ərazisində təkrar partlayışlar qeydə alınmaqdadır./Musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026