Muğlada baş verən yanğınlarda 5000 hektardan çox ərazi zərər görüb.
Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, bunu kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib.
Onun sözlərinə görə, yaşıl vətəni müdafiə fasiləsiz davam edir. Nazir bildirib ki, sahədəki fədakar və effektiv səylərimiz nəticəsində Muğla Fethiye yanğını tamamilə nəzarət altına alınıb:
“Balıkesir Gömeç, Antalya Alanya və Mersin Gülnar-Aydıncıkdakı yanğınlar əsasən nəzarət altındadır. Aydın Çinədə davam edən yanğın tamamilə nəzarət altına alınana qədər komandalarımız hava və yerüstü müdaxilələrini fasiləsiz davam etdirəcəklər".
Nərgiz Məmmədli
Bakı 



