• Bakı 25° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

"Kəpəz"in Qətər klubu ilə oyunu ləğv olundu

İDMAN

31 Iyul 2026 | 18:21

Kəpəzin Qətər klubu ilə oyunu ləğv olundu

Yeni mövsümün hazırlıq mərhələsini davam etdirən "Kəpəz"in sabah keçirilməsi planlaşdırılan növbəti yoxlama matçı baş tutmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azər Məmmədovun komandası Qəbələ şəhər stadionunda Qətərin II Liqa təmsilçisi "Əl-Xaraitiyat" klubu ilə üz-üzə gəlməli idi. Lakin sözügedən qarşılaşma Qətər klubunun istəyi ilə ləğv edilib.

Saat 18:00-da başlaması nəzərdə tutulan oyunun baş tutmamasından sonra Gəncə təmsilçisi hazırlıq planında dəyişiklik etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, "Kəpəz" buna qədər toplanış çərçivəsində "Şamaxı" və "Sumqayıt" klubları ilə qüvvəsini sınayıb və hər iki qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR