• Bakı 27° C

    8.35 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Xəstəxana direktorunun işi üzrə mübahisə başladı

HADİSƏ

31 Iyul 2026 | 13:04

Xəstəxana direktorunun işi üzrə mübahisə başladı

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq direktoru Həsən Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

    Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası avqustun 11-nə təyin edilib.

    Qeyd edək ki, ittihama görə, Həsən Hüseynov Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə etməklə 186 min manat mənimsəyib. O, istintaq dövründə dəymiş ziyanın təxminən 20 min manatını ödəyib.

    Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub. Həsən Hüseynovun barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi Əlişirin Əliyev, Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Iyul 2026