• Bakı 27° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Dövlət başçısı: "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyətdir"

SİYASƏT

31 Iyul 2026 | 09:40

Dövlət başçısı: Müttəfiqlik münasibətləri çox böyük məsuliyyətdir

"Müttəfiqlik münasibətləri çox böyük məsuliyyətdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib.

    “Bu gün birlikdə dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldıraraq əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində əldə olunan irəliləyişi bir daha nümayiş etdirdik. Müttəfiqlik münasibətləri çox böyük məsuliyyətdir və biz bu məsuliyyəti üzərimizə götürməyə hazırıq. Bundan sonra da həm beynəlxalq platformalarda, həm ticarət-iqtisadi sahədə, həm də təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində bir-birimizi dəstəkləyəcəyik.

    Sizin də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir. Əminəm ki, səfərin yekunlarına əsasən əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək”, - deyə dövlət başçısı qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    31 Iyul 2026