• Bakı 26° C

    12.8 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

SİYASƏT

28 Avqust 2026 | 19:49

Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov Belarus Respublikasında səfərdə olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir müavini Belarus Respublikasının xarici işlər naziri Maksim Rıjenkov tərəfindən qəbul edilib.

Görüş zamanı, iki dövlət arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub. Azərbaycan və Belarus arasında dostluq münasibətlərinə söykənən strateji tərəfdaşlıq əlaqələrinin inkişafında iki ölkə liderlərinin rolu xüsusi vurğulanıb.

Daha sonra, Azərbaycan Respublikası və Belarus Respublikasının XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Belarus tərəfindən isə xarici işlər nazirinin müavini Pavel Utyupin rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi dialoqun müsbət dinamikası vurğulanıb, həmçinin, Hökumətlərarası Komissiyanın və siyasi məsləhətləşmələr mexanizminin vacib rolu qeyd edilib.

Eyni zamanda, əldə olunmuş razılaşmaların icra vəziyyəti, habelə ticarət-iqtisadi, energetika, kənd təsərrüfatı, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.

Məsləhətləşmələr çərçivəsində həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR