Rusiya Prezidenti Vladimir Putin ilə Amerika lideri Donald Tramp arasında danışıqlar hələ planlaşdırılmayıb.
Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Mətbuat katibi CIA direktoru Con Ratklifin Moskvaya səfərindən sonra dövlət başçıları arasında əlaqə imkanından danışıb.
Peskovun sözlərinə görə, son vaxtlar Moskva və Vaşinqton arasında liderlər səviyyəsində yeni əlaqələr olmayıb.
Gülşən Şərif




