"Xarici İşlər Nazirliyinin mövqeyi ondan ibarətdir ki, biz Ermənistan xalqının maraqlarından çıxış edirik".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK telekanalına verdiyi müsahibədə deyib.
O, Robert Köçəryan və oğlunun həbsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin mövqeyindən danışarkən bildirib: "Orada başqa bir prezident, Köçəryanın dövründə müdafiə naziri olmuş və sonra prezident olmuş Sarkisyan da istintaq altındadır.
Biz əsrlər boyu erməni xalqının maraqlarının xalqımızın maraqları ilə necə uzlaşdığını görürük. Və həmişə, uzun və gərgin dövrlər ərzində biz bir yerdə, bir-birimizlə həmrəy olmuşuq. Rusiya dəfələrlə çətin vəziyyətlərdə erməni xalqını və Ermənistan rəhbərliyini xilas edib. Əlbəttə ki, bu maraqlar üstünlük təşkil etməlidir".




