“Mİ6 məsələsi bilvasitə gizli sövdələşmələrə bağlıdır. Bu sövdələşmələrin arxasında da isbat olunmayan hərbi dəstək dayanır”.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bunu Mİ6-nın Böyük Britaniyanın Baş naziri Endi Börnhama ölkənin Ukraynaya dəstəyi fonunda Rusiyanın birbaşa hərbi əməliyyat həyata keçirə biləcəyi barədə xəbərdarlığını Bakıvaxtı.az-a şərh edərkən bildirib.

O qeyd edib ki, Rusiya Böyük Britaniyanı Ukraynaya yardımda ittiham edir:
“Rusiyada elə hesab edirlər ki, münaqişənin uzanmasındakı əsas stimulverici faktorlardan biri Böyük Britaniyanın Ukraynanı raket və dron texnologiyaları ilə təchiz etməsidir. Mİ6 faktı bununla bağlıdır. Rusiya məhz buna görə ittiham edir. Ayrıca ikinci bir fakt da var. Böyük Britaniya düşünür ki, Ukrayna uduzarsa, Avropa üzərində Rusiyanın “demokl qılıncı” parlayacaq. Bununla Rusiya kiber təhlükəsizlik, dəniz, quru əməliyyatı, militarist fəaliyyəti ilə bütöv şəkildə Avropaya ciddi zərər vuracaq. Böyük Britaniya da prosesə bu faktor üzərindən yanaşır. Hər iki tərəfin strateji yox, taktiki nüvə başlıqlarının bir-birinə qarşı istifadə ehtimalı son yayılan informasiyalarla bağlıdır. Beləliklə, görürük ki, dünyada təhlükəsizlik prosesi əndazəni aşmaqdadır. Onun elementləri kimi, gizli kəşiyyat xidmətlərinin hesabatları ifşa edilməkdədir”.
Aydın Baxış




