2026–2027-ci tədris ilində tələbə adını qazanan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.
Bakıvaxtı.az xəbər verir ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunan tələbələr təhsil tələbə krediti üçün müraciət edə bilərlər.
Məlumata görə, kreditdən yararlanmaq istəyən şəxslər əvvəlcə razılıq ərizəsi əldə etməlidirlər. Daha sonra e-ttkf.edu.az portalında qeydiyyatdan keçərək müraciətlərini tamamlamalıdırlar.
Razılıq ərizəsini notariat ofislərindən, “ASAN xidmət” mərkəzlərindən, “Mobil Notariat” və ya “mygov” tətbiqindən əldə etmək mümkündür.
Təhsil tələbə krediti tələbələrə təhsil xərclərini qarşılamağa, təhsillərini davam etdirməyə və gələcək karyera imkanlarını genişləndirməyə dəstək məqsədi daşıyır.
Müraciətlər e-ttkf.edu.az portalı üzərindən qəbul edilir.
Əlavə məlumat üçün:
Ünvan: Səməd Vurğun küçəsi 34, AF Mall, 18-ci mərtəbə
Çağrı mərkəzi: 146-5, (012) 599 12 02
WhatsApp: 077 317 88 52, 077 317 88 53




