Ölkə tammiqyaslı iqtisadi müharibəyə cəlb olunub və hökumətin və icra hakimiyyətinin bu cəbhədə də düşməni məğlub etdiyini görəcəyik.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
“Düşmən diz çökdürüləcək və tezliklə düşmənin bu mövzuda psixoloji əməliyyatlarının nüfuzdan salınmasının şahidi olacağıq”, - o bildirib.




