• Bakı 24° C

    14.67 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

CƏMİYYƏT

28 Avqust 2026 | 00:37

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtda bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və yenidənqurma işləri həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq ASC" məlumat yayıb.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev küçələrinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Aşıq Alı, Yəhya Bakuvi küçələrinin bəzi yerlərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə saat 10:00-dan 16:00-dək Suraxanı rayonu Hövsan bağları, Kondisioner bağları və Hövsan-Türkan yolu bağlar yaşayış massivlərinin bir hissəsini əhatə edəcək.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq "Asfaltzavod" hava xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Xocasən-Sədərək yolunun sağ və sol hissələrində enerjinin verilişi məhdudlaşdırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026