• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

“Qarabağ” avrokuboklarla vidalaşdı - YENİLƏNİB

İDMAN

27 Avqust 2026 | 22:51 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” avrokuboklarla vidalaşdı - YENİLƏNİB

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

59-cu dəqiqədə "köhlən atlar"ın heyətində Kadi Borges fərqlənib. Qonaqlarda Marko Pyatsa 80-ci dəqiqədə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Bryuns adını tabloya yazdırıb.

Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə Vaut Veqhorst Enshede komandasının növbəti qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç ağdamlıları azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 4:1 edib.

Beləliklə, ardıcıl 12 mövsümdə avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası da qırılıb.

 

22:43

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda beşinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, qonaqlar hesab arasındakı fərqi daha da artırıb - 4:1.

Əlavə vaxtda, 115-ci dəqiqədə Yunes Taha fərqlənib.

 

22:43

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda dördüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, qonaqlar hesab arasındakı fərqi artırıb - 3:1.

Əlavə vaxtda, 94-cü dəqiqədə Vaut Veqhorst fərqlənib

 

22:11

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, qonaqlar 90+2-ci dəqiqədə hesabda önə keçib - 2:1.

Maks Bryuns fərqlənib. Əsas vaxt bu hesabla yekunlaşıb.

Niderlanddakı matçda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qələbə qazandığı üçün görüşdə əlavə vaxta ehtiyac duyulub.

 

21:54

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, qonaqlar 80-ci dəqiqədə hesabı bərabərləşdiriblər - 1:1.

Marko Pyatsa fərqlənib.

 

21:34

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

 

21:20

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hələlik matçda hesab açılmayıb.

Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

21:02

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Qeyd edək ki, tərəflər arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

20:16

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026